Millimiz elit-raunda yüksəlib

saytların hazırlanması

Evə çatdırılma

Millimiz elit-raunda yüksəlib

İdman

24 Oktyabr 2019 19:42 1295


Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

"Yeni Sabah" xəbər verir ki, Joze Alesionun baş məşqçisi olduğu komanda oyunları Bakıda baş tutan Avropa zonasının 3-cü qrupunda 2-ci matçına çıxıb.

İlk turda Moldovanı 3:1 hesabı ilə yenən komanda Monteneqro ilə görüşüb. Yığma 5-ci dəqiqədə Bolinyanın qolu ilə hesabı açıb. Lakin ardınca iki top buraxan milli fasiləyə məğlub yollanıb. Dominos pizza

İkinci hissənin əvvəlində Ramiz Çovdarov hesabda tarazlıq yaradıb. Hissənin ikinci yarısında Amir Şocaei qələbə qoluna imza atıb – 3:2. 

Günün digər matçında ikinci qələbəsini qazanan Slovakiya Moldovanı 7:4 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Azərbaycan və Slovakiya milliləri ilk iki yeri təmin edərək elit-raunda yüksəliblər.

Qeyd edək ki, oktyabrın 26-da baş tutacaq III turda Moldova – Monteneqro və  Azərbaycan – Slovakiya oyunları keçiriləcək. /APA

II tur

24 oktyabr

Moldova - Slovakiya – 4:7

Azərbaycan – Monteneqro – 3:2

Bolinya, 5, Çovdarov, 22, Şocaei, 34 – Peroşeviç, 8, Obradoviç, 10


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!