1976-cı ildə Çexoslovakiya milli komandasının heyətində Avropa çempionu olmuş 66 yaşlı keçmiş müdafiəçi Ladislav Yurkemik Slovakiya millisinin Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana (2:0) qarşı keçirdiyi oyunu xatırlayıb.
“Yeni Sabah” xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən sabiq futbolçu futbol üzrə Azərbaycan millisini olduqca zəif yığma adlandırıb:
“Uzun illərdir ki, Azərbaycan kimi zəif rəqib görməmişdim. İlk yarıda onları müdafiəyə sıxmışdıq. Azərbaycan millisinin çıxışı sadəcə dəhşət idi. Onlar fasiləyə qədər meydanın mərkəzini keçə bilmədilər. Bu çox pis idi. Digər tərəfdən millimiz Uelsin Macarıstana qalib gəldiyini bildikdən sonra oyunun tempini aşağı saldı. Bundan sonra tribunada azarkeşlər komandanı fitə basmağa başladılar”. pizza mizza
Telegram kanalımız