Azərbaycan millisinin sonuncu rəqibi müəyyənləşir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin sonuncu rəqibi müəyyənləşir

İdman

23 Mart 2025 13:49 459


Bu gün UEFA Millətlər Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.

Yenisabah.az xəbər verir ki, yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri növbəti dəfə üz-üzə gələcəklər.

1/4 finalın Fransa - Xorvatiya matçı Azərbaycan millisinin azarkeşləri üçün maraqlıdır. Belə ki, bu komandalar hazırda Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində potensial rəqibidir. Toyuqlu pizza

Bu cütün qalibi Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olacaq. 

Qeyd edək ki, matç saat 23:45-də başlayacaq. Xorvatiya millisi öz meydanında keçirilən ilk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!