Azərbaycan MN Ermənistanın yaydığı açıqlamaları təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan MN Ermənistanın yaydığı açıqlamaları təkzib etdi

Siyasət

06 Yanvar 2023 18:12 741


“Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür”.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır. Toyuqlu pizza

“Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq”, - nazirlikdən vurğulanıb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!