Azərbaycan nefti bahalaşır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşır

İqtisadiyyat

30 İyul 2020 14:26 743


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 29-da 45,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel çoxdur.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur. pizza mizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!