Azərbaycan nefti ucuzlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

09 Noyabr 2024 11:24 1224


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,39 ABŞ dolları, yaxud 1,8 % azalaraq 75,36 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 73,87 ABŞ dolları təşkil edib. Dördpendirli pizza

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!