Azərbaycan neftinin qiyməti ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

İqtisadiyyat

21 Dekabr 2024 11:00 1570


Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,2 % azalaraq 75,12 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Pepperoni pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!