“Azərbaycan Nəşriyyatı”nın bağlanma səbəbi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Nəşriyyatı”nın bağlanma səbəbi açıqlandı

Sosial

16 Yanvar 2026 12:07 353


"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.

Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb. Toyuqlu pizza

Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.

Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:

"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".

Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!