Azərbaycan nümayəndə heyətinin tərkibində O YOXDUR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nümayəndə heyətinin tərkibində O YOXDUR

Siyasət

21 Noyabr 2025 17:20 7418


“Bu dəfə Azərbaycan nümayəndə heyətinin tərkibində deyiləm. Çünki öz işimlə əlaqədar xaricdəyəm”.

Bu sözləri “Yeni Sabah”a Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva deyib.

O bildirib ki, həm Azərbaycan, həm də Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin heyəti bundan sonra da dəyişdiriləcək: pizza

“Buna görə də nümayəndə heyətinin tərkibində yerimə başqa adam müəyyənləşdirilib. Proses elədir ki, nümayəndə heyətinin tərkibi dəyişdiriləcək. Hər iki nümayəndə heyətinin tərkibinə təzə simalar, təzə adlar qoşulacaq”.

Qeyd edək ki, Noyabrın 21-22-də Ermənistanı təmsil edən 5 ekspertin iştirakı ilə keçiriləcək dəyirmi masa ilə əlaqədar nümayəndə heyəti Bakıya gəlib.

Bu səfərdə Ermənistanı Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil edirlər.

Ermənistan hökuməti bir gün əvvəl, noyabrın 20-də keçirilən iclasında noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masada 5 erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram (46 004.401  $) ayrılması barədə qərar qəbul edib.

Qərarın əsaslandırmasında deyilir ki, dəyirmi masa müzakirəsində iştirak Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdıracaq və iki ölkənin cəmiyyətləri arasında etimadın yaradılması mexanizmləri yaradacaq.

Bundan əvvəl, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə İrəvanda ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!