Azərbaycan ordusu Ağdərədəki hərbi bazanı darmadağın edib - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ordusu Ağdərədəki hərbi bazanı darmadağın edib - VİDEO

Hadisə

09 Oktyabr 2020 12:36 13639


"Bu mənzərə bizdə qürur hissi yaratdı. Bu görüntülər onu göstərir ki, Azərbaycan ordusu müasir silahlarla təchiz olunub. Ordumuz həm gecə, həm də gündüz döyüş apara bilir".

BAKU.WS xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.

"Bu mənzərə bir daha Azərbaycan ordusunda peşəkar həbçilərin nəticələrini görməyə imkan verdi. Heç bir atəş boşa çıxmadı, Ağdərədəki qərargah və digər yerlər, o cümlədən hərbi baza darmadağın edildi. pizza sifarişi

Ordumuzun gündəlik döyüş hazırlığı, çətin təlimləri və digər məşğələləri döyüş vaxtı öz məharətini göstərə bilməsi üçün keçirilirdi. Biz indi bunun nəticəsini görürük. Biz sevinirik, düşmən isə qorxu içindədir", - deyə Şair Ramaldanov əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!