Azərbaycan ordusu təlimə başladı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ordusu təlimə başladı - Video

Rəsmi

27 Avqust 2019 13:55 1219


Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, hərbi qulluqçuların döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb. Dördpendirli pizza

Toplantının praktiki hissəsində gecə şəraitində keçirilən döyüş atışlı təlim zamanı tabor komandirləri və onların müavinləri bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!