Azərbaycan-Özbəkistam birgə hərbi təlimləri start götürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Özbəkistam birgə hərbi təlimləri start götürdü

Maraqlı

31 İyul 2023 13:32 1162


"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən birgə təlimin birinci mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər. Pepperoni pizza

Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsinin aparılması, hər iki dövlətin hərbi qulluqçularının qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!