Azərbaycan özünü təmin edə bilirmi?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan özünü təmin edə bilirmi?

İqtisadiyyat

22 İyun 2020 15:52 812


Son günlərdə ölkədə virusa yoluxanların sayı kəskin şəkildə artmağa başlayıb. Belə ki, son üç gündə hər gün virus daşıyıcılarının sayı 400 nəfərdən çox olub. İyunun 19-u  438, 20-i 471, 21-i isə 491 nəfərdə COVID-19 simptomları aşkarlanıb. Məhz bu səbəblə 21 iyundan başlayaraq ölkədə iyulun 5-dək ciddi karantin rejimi tətbiq edilib. 

Məlumdur ki, bir müddət əvvəl-hələ virus Azərbaycana yeni ayaq açan vaxtlarda insanların bəziləri maska və spirt qıtlığından şikayətçi idilər, yoluxmanı virusa hazırlıqsız olmaqla əlaqələndirirdilər, əslində heç də haqsız sayılmazdılar, çünki həqiqətən də apteklərdə əksəriyyət bu problemlə üzləşirdi. Lakin indi vəziyyət bir qədər fərqlidir. 

Yenisabah.az xəbər verir ki, COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq və əhalini lazımi miqdarda qoruyucu vasitələrlə təmin etmək məqsədilə Bakı və Sumqayıtda operativ şəkildə tibbi maskalar istehsalı üzrə iki sənaye müəssisəsi yaradılıb. Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin, may ayının  12-də isə Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı baş tutub. İlk istehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat məbləğində güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib. Marqarita pizza

Sözügedən müəssisələrin gücü sutkada 500 min maska istehsalına imkan verir, bunun sayəsində iyun ayına ölkədə 10 milyon ədəddən çox qoruyucu maska rezerv ehtiyatı yaradılıb. “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva mətbuata verdiyi açıqlamada bildirib ki, müəssisədə bugünədək 4 mln ədəd tibbi maska istehsal edilib. İstehsal edilmiş 2 mln ədəd tibbi maska satılıb, qalanı isə ehtiyatda saxlanılır.

Bildirək ki, bu gün Azərbaycan özünü vahid qiymətə - 0,3 manata satılan qoruyucu vasitələrlə tam şəkildə təmin edir. Eyni zamanda maskaların Braziliya və Almaniyaya ixracına dair təkliflərə də baxılır. Tibbi maskaların xaricə satışına icazə verildikdən sonra bu məsələ daha ətraflı nəzərdən keçiriləcək. 

Həmçinin ölkədə virusla mübarizə dövründə  bir neçə spirt zavodunun da tibbi spirt istehsalına başladığını qeyd etmək lazımdır. Məsələn, “CARÇIOGLU GROUP” MMC və Rusiyanın "Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "RUS AZERİ SPİRİTS” zavodunda  martın 19-dan tibbi spirt istehsalına başlanıb. Martın 27-də isə artan tələbatı ödəmək üçün Qusarda tibbi spirt istehsalına başlanıb.  Müəssisə müasir tələblərə cavab verən avtomatik iş rejimində işləyən avadanlıqlarla təchiz olunub.  Həmçinin məişət kimyası məhsulları istehsalı üzrə müəssisələrin bazasında dezinfeksiyaedici vasitələrin, əl üçün gellərin istehsalına da başlanılıb. 

Yenisabah.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!