Azərbaycan paradda nümayiş olunan yeni silahları haradan alıb? -   Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan paradda nümayiş olunan yeni silahları haradan alıb? - Video

Siyasət

09 Noyabr 2025 11:15 1669


Azərbaycan silah arsealına qatdığı bəzi yeni silahları paradda göstərib.

"Yeni Sabah" BBC Azərbaycan-a istinadla xəbər verir ki, ilk silah Çin istehsalı olan və uzaqmənzilli "HQ-9 BE" raket kompleksidir.

Bu silahın ixrac olunan varinatı təyyarələri, kruiz raketləri və qısa mənzilli ballistik raketləri təxminən 200 km məsafədən vurmaq üçün nəzərdə tutulub. Sezar pizza

Onun vurduğu maksimum hündürlük isə 27 kilometrə yaxın olduğu bildirilir.

Bu silah ilk dəfədir bir keçmiş sovet respublikasına satılır və Azərbaycan dünyada onu silahlanmasına qatan 4-cü ölkə olub.

Beynəlxalq hərbi nəşlər bu silahın may ayında Hindistan-Pakistan münaqişəsi zamanı istifadə olunduğunu yazır.

Bundan əvvəl də, 2024-cü ildə Azərbaycan Çin-Pakistan birgə istehsalı olan "JF-17 Blok 3" qırıcılarını alıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!