“Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir” - Prezident

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir” - Prezident

Siyasət

31 May 2019 13:07 1022


Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir, həm siyasi sahədə, iqtisadi sahədə, digər sahələrdə əməkdaşlıq edirik.

"Yeni Sabah"ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Duda ilə Bakıda hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşündə deyib.

Polşalı həmkarını səmimiyyətlə salamlayan dövlət başçısı deyib: Dominos pizza

"Ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu keçəcək və səfər nəticəsində əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.

Mən sizin gözəl ölkənizə öz səfərimi məmnuniyyətlə xatırlayıram. Biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq və gələcək planlar haqqında danışdıq. Bu gün isə yüksək səviyyəli siyasi dialoq davam etdirilir. Bu gün keçirdiyimiz təkbətək görüşdə bir daha ikitərəfli əlaqələrimizin gündəliyinə nəzər saldıq və gələcək planlar haqqında danışdıq. Bizim əlaqələrimiz çoxşaxəlidir, həm siyasi sahədə, iqtisadi sahədə, digər sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək.

Bir daha Sizi səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!