Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olundu

İdman

03 Fevral 2025 22:48 362


Misli Premyer Liqasında legioner limiti ləğv olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

2025/2026 mövsümündən çempionatda legioner limiti tətbiq olunmayacaq. Pepperoni pizza

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

- 1 legionerdən 7 legionerə qədər: 5000 manat

- 8-dən 12-yə qədər: 10000 manat

- 13-dən 15-ə qədər: 100000 manat

- 16 və daha yuxarı: 200000 manat

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək. Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!