Azərbaycan Prezidentinin mətbuat katibi Əliyev- Paşinyan arasında təmas barədə xəbəri şərh edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Prezidentinin mətbuat katibi Əliyev- Paşinyan arasında təmas barədə xəbəri şərh edib

Siyasət

12 Oktyabr 2019 13:49 1347


 Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Aşqabadda sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib.

“Yeni Sabah” xəbər verir ki, A. Qasımov "Day.az"ın aşağıdakı sualını cavablandırıb: 

- Ermənistan baş nazirinin mətbuat katibi informasiya şəbəkələrində Aşqabadda sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiya yayıb. Bununla əlaqədar nə deyə bilərsiniz? Dördpendirli pizza

- Sammitdə iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq əlifba sırası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər. Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!