Azərbaycan Qarabağ ermənilərinə bu hüquqları verəcək - Yeni sənəd yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Qarabağ ermənilərinə bu hüquqları verəcək - Yeni sənəd yayıldı

Maraqlı

16 Avqust 2023 15:00 10653


Separatçı Tiqran Petrosyan özünün “Facebook” səhifəsində Qarabağ ermənilərinin inteqrasiyası layihəsi olduğu iddia edilən sənəd yerləşdirib. 

Yenisabah.az xəbər verir ki, tanınmamış “DQR” nümayəndəsinin sözlərinə görə, layihəni iyulun 25-də xarici işlər naziri Sergey Lavrov təqdim edib.

Sənəddə diqqət çəkən məqamlardan biri erməni əhalisinə dövlət dili olan Azərbaycan dili ilə yanaşı, erməni dilində rəsmi yazışmalar, erməni dilində yol işarələri, həmçinin erməni dilində orta və ali təhsil imkanlarının təklif edilməsidir.  pizza

Həmçinin sənəddə erməni əhalisi ilə bağlı respublika, rayon və bələdiyyə səviyyələrində qərarların işlənib hazırlanmasında və qəbulunda onların iştirakının təmin olunmasına dair müddəaların yer aldığı bildirilir. 

Qeyd edək ki, rəsmi Bakı sözügedən sənədin mövcudluğa ilə bağlı indiyə kimi hər hansı bir açıqlama verməyib. Amma Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyasında maraqlı olduğunu, onların hüquq və azadlıqlarının ən yüksək səviyyə qorunacağını dəfələrlə bəyan edib. Separatçı rejim isə müxtəlif bəhanələrlə müzakirələrdən yayınmaqla bölgəyə daimi sülhün gəlməsində maraqlı olmadığını nümayiş etdirib. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!