"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.
Arpadarainin sözlərinə görə, bu, ötən mövsümlə müqayisədə 10 faiz çoxdur. Arpadarai deyib ki, dünya üzrə 2019-cu ildə Bakıda keçirilən yarışla bağlı 37 mindən çox xəbər dərc olunub və bu məlumatların media dəyəri 131 milyon dollar təşkil edir. Marqarita pizza
Qurum rəsmisi 2019-cu il mövsümündə Azərbaycan Qran-prisində 13 min işçi qüvvəsinin çalışdığını da vurğulayıb.
"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran Prisi kommersiya baxımından ən sərfəlisi olub.
Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə sponsorlardan gələn vəsaitin məbləği 50 faiz artıb.
Qeyd edək ki, "Formula 1" Azərbaycanda 2016-cı ildən keçirilir.
/report
Telegram kanalımız