Azərbaycan rəsmisi İranda: “Araz” dəhlizi müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan rəsmisi İranda: “Araz” dəhlizi müzakirə olundu

İqtisadiyyat

15 Oktyabr 2024 13:53 1176


İranda rəsmi səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüş zamanı İran ərazisi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat marşrutu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq müzakirə edilib.

İranın ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinə dair ötən il razılaşdırılmış konseptual layihə çərçivəsində ortaq maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Pepperoni pizza

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlığa dair danışıqlar zamanı isə dəhlizin inkişafı və yük dövriyyəsinin artırılması müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!