Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib

İqtisadiyyat

04 Fevral 2025 23:36 278


Azərbaycan, Uruqvay və Argentina ilin əvvəlindən Rusiyaya kərə yağı tədarükünü artırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") saytında "VetİS" Federal Dövlət İnformasiya Sisteminin məlumatlarına istinadən məlumat verilib.

Qeyd olunur ki, eyni zamanda Belarusdan Rusiyaya kərə yağının idxalı azalıb. Marqarita pizza

Məlumata görə, Azərbaycandan 940 ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur. Uruqvay 2024-cü ilin yanvarında 150 tona qarşı 649 ton tədarük edib. Argentinadan 200 ton yağ idxal edilib, lakin ötən ilin eyni dövründə bu rəqəm cəmi 50 ton olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!