Azərbaycan səfirliyinə hücum edən şəxs İranda mühakimə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səfirliyinə hücum edən şəxs İranda mühakimə olunacaq

Rəsmi

14 Mart 2023 13:02 1085


"Azərbaycan səfirliyinə hücumun səbəbkarının işi Tehran Baş İnqilab Prokurorluğunda araşdırılır".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran Məhkəmə Hakimiyyətinin (Ali Məhkəmə) sözçüsü Məsud Setayişi bildirib.

Onun sözlərinə görə, hazırda istintaq araşdırmaları davam edir və nəticə əldə olunan kimi mediaya məlumat veriləcək. pizza hut

"İslam Cinayət Məcəlləsinin birinci hissəsinin ikinci fəslinin müddəalarına əsasən, İslam Respublikası ərazisində cinayət törədən şəxsin mühakiməsi İran məhkəməsinin səlahiyyətidir", - deyə M. Setayişi vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!