Azərbaycan təhsilini neqativlikdən necə xilas etmək olar? –   Təkliflər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan təhsilini neqativlikdən necə xilas etmək olar? – Təkliflər

Sosial

14 May 2019 09:09 1288


“Son günlər tez-tez orta məktəblərdə baş verən neqativ hadisələr (intihar, dərsdən qaçarkən pəncərədən yıxılıb zədə alanlar, müəllimin şagirdlə və ya şagirdin müəllimlə kobud davranışı və s) sosial şəbəkələrin köməyi ilə tez bir zamanda cəmiyyətə yayılır. Bu, təhsil və məktəb haqqında söz söhbətlərə səbəb olur. Mənim tövsiyəm odur ki, Təhsil Nazirliyi ilə yanaşı ictimaiyyət və ekspertlər də təhsil ilə bağlı müxtəlif təklifləri və ya təcrübələri müzakirəyə çıxarmalı və müsbət olanlarının həyata vəsiqə qazanmalarına kömək etməlidirlər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov deyib. O bildirib ki, yeni nəslin xüsusiyyətləri və texnoloji inkişaf tədris prosesi formalaşdırılarkən mütləq diqqətə alınmalıdır:

“Bu istiqamətdə inkişaf etmiş xarici ölkələrdə müşahidə etdiyim bir - iki nüansları müzakirəyə təqdim edərdim.  Dominos pizza

1.Orta məktəblərin üç mərhələli, hər mərhələsini ayrı məktəblərdə təşkili. Bir çox inkişaf etmiş ölkələrdə orta məktəblər 12 illikdir və 3 mərhələyə, üç ayrı məktəbdə keçirilən formaya ayrılır:

İbtidai məktəb – elementary school (I-VI siniflər)

Əsas məktəb – secondary school (VII-IX siniflər)

Orta məktəb – High school (X-XII siniflər)

Məncə, bir şagirdin orta təhsilini ən azı 3 fərqli məktəbdə almasının müsbət nüansları çoxdur. Birincisi, ayrıca ibtidai məktəb (elementary school) fəaliyyət göstərərsə, məktəbdə 10-11-ci siniflərlə 1-2-ci siniflər üz -üzə gəlməz. 11-ci sinif şagirdi pilləkəndə I sinif şagirdini tapdalamaz. Şiddət və neqativ hallar minimuma enər. Məktəb pedaqoqları və təhsil şəraiti 1-5-ci siniflərə görə formalaşar.Yəni təklifim Bakıda yan-yana olan üç məktəbin biri tamamən ibtidai məktəb (I-VI siniflər), biri əsas məktəb (VII-IX siniflər), biri də orta məktəb (X-XII siniflər) kimi yenidən formalaşdırılması büdcəyə əlavə yük gətirməz. Bu cür formalaşma həm keyfiyyəti artırar, həm də nəzarəti asanlaşdırar”.

E.Süleymanovun sözlərinə görə, bunun ikinci müsbət cəhəti hər mərhələ bitincə şagirdlərin göstəricilərinə görə növbəti məktəbə qeydiyyat, məktəblərin Amerikadakı kimi rəqabətdən dolayı göstəricisinin formalaşması müsbət olar:

“Bunun bir başqa müsbət nüansı hazırda birinci sinifdə neqativ imic formalaşdıran bir məktəblinin bu imiclə eyni sinifdə 11 il oxumasının əksinə olaraq hər mərhələdə yeni bir məktəb və  sinifdə yoldaşlarının əhatəsində olmasının müsbət təsiri olmasıdır.

İkinci təklifim də məktəblərin maliyyələşməsini adambaşına və məktəbin formalaşdırdığı göstəricilərə görə olmasıdır. Bu da məktəblər arasında rəqabətə və nəhayət inkişafa gətirə bilər”.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!