“Azərbaycan telekanallarına nə baxan var, nə də inanan“   - Elçin Şıxlı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan telekanallarına nə baxan var, nə də inanan“ - Elçin Şıxlı

Maraqlı

09 Fevral 2021 16:14 1202


Xəbər verdiyimiz kimi, Space TV-nin prezidenti Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” nəşrlərinin baş redaktoru Elçin Şıxlı özəl telekanalların işinə qarışmadığını deyib:

“Kimsə işdən çıxarıldıqda buna münasibət bildirməyin tam əleyhinəyəm. Kanalın təsisçisi Vaqif Mustafayevi layiq bilib rəhbər qoymuşdu, indi də lazım bilib çıxarıb. Əgər Space hansısa dövlət kanalı, yaxud ictimai kanal olsa idi, mən fikirlərimi bölüşərdim. Space özəl kanaldır, kimisə işə qəbul edib, çıxarmaq öz işləridir”. Dominos pizza

Onun sözlərinə görə cəmiyyətin yerli telekannallara baxmamasına səbəb vaxtilə vəzifədə olan şəxslərin mediaya göstərdiyi ögey münasibətdə görədir:

“Cəmiyyətdə bizim telekanallara qarşı münasibət birmənalı deyil. Bunun kökündə yerli kanallarda doğru-dürüst bir şeyin olmaması dayanır. Jurnalistikadan hansısa əsər-əlamət yoxdur. Son 10-15 ildə bizim ideologiyaya və jurnalistikaya baxan məsul şəxs – Əli Həsənov KİV-i, eləcə də telekannaları bərbad günə qoyub. Ona görə də yerli telekanallara nə inanan, nə də baxan var. Son zamanlar bəzi telekanallar nəsə etməyə çalışır. Bunun üçün də xeyli vaxt  lazımdır. Çünki dağıtmaq asandır, amma qurmaq çətin. İslahatlar hər yerdə aparılmalıdır, həm jurnalistikada, həm də cəmiyyətdə. Artıq bu islahatlar yavaş-yavaş gedir”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!