“Azərbaycan tərəfi həmsədrlərin Qarabağa səfərinə icazə verib” -   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan tərəfi həmsədrlərin Qarabağa səfərinə icazə verib” - Rəsmi açıqlama

Siyasət

16 Oktyabr 2019 15:42 1049


Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfərinə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, nazirliyin Mətbuat katibi Leyla Abdullayeva Azərbaycan tərəfinin bu səfərə razılığı olduğunu açıqlayıb.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı vardır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir. pizza mizza

Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilmiş və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”, -deyə məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!