Azərbaycan Tokio Yay Olimpiya Oyunlarına 10-cu lisenziyanı qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Tokio Yay Olimpiya Oyunlarına 10-cu lisenziyanı qazandı

İdman

15 Noyabr 2019 22:53 1038


Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına 10-cu lisenziyanı qazanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından "Yeni Sabah"a daxil olan məlumata görə, ölkəmiz kişilər arasında şose velosipedi növündə təmsil olunacaq. 

Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. pizza

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, kişilərin şose velosipedində Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayında başa çatıb və Olimpiya reytinqinin ilk 50 pilləsində qərarlaşan milli federasiyaların 130 idmançısı 4 illiyin zirvə yarışında iştirak hüququna yiyələnib.

Bu müddət ərzində yığmamızın baş məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət komandamız lisenziya xalları verən nüfuzlu beynəlxalq yarışlarda 894 xal toplayıb.

Ümumilikdə UCI-a üzv olan 196 milli federasiyadan 115-i Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya xalları qazanıb ki, Azərbaycan milli komandası da onların arasında 44-cü yerdə qərarlaşıb. Şose velosipedində lisenziyalar milli federasiyalara verilir və Olimpiadada mübarizə aparacaq idmançını federasiya müəyyənləşdirir.

Qeyd edək ki, velosiped idman növündən öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadnik (50 kq) və Şərif Şərifov (97 kq) da bu hüquqa yiyələnib.

Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!