Azərbaycan Türkiyə ilə birlikdə qırıcı istehsal edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Türkiyə ilə birlikdə qırıcı istehsal edəcək

Maraqlı

27 İyul 2023 12:45 635


Azərbaycan yerli döyüş təyyarəsinin hazırlanması layihəsində Türkiyə ilə əməkdaşlıq edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "SavunmaSanayiST" hərbi nəşri məlumat yayıb. 

Bildirilir ki, Azərbaycan Milli Döyüş Təyyarələri Proqramı çərçivəsində hazırlanan "Kaan" qırıcılarının hazırlanması prosesində iştirak edəcək.  Pepperoni pizza

Nəşr yazır ki, Azərbaycanla təyyarənin hazırlanması prosesinə rəhbərlik edən TUSAŞ şirkəti arasında əməkdaşlıq sazişi imzalanacaq. İmzalanma mərasimində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də iştirak edəcək. 

Xatırladaq ki, bu ilin sonunda TUSAŞ şirkəti tərəfindən hazırlanan döyüş təyyarəsinin ilk sınaqları keçiriləcək. Plana əsasən, 2026-cı ilə qədər 3 qırıcı prototipinin istehsalı planlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!