Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başladı

Siyasət

02 Dekabr 2025 12:22 339


Bakıda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" Protokolunun müvafiq maddəsinin icrası ilə əlaqədar görüş keçirilib. 

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib.   

Nümayəndə heyətlərinə general-leytenantlar Azər Əliyev və Ali Osman Yurdagül rəhbərlik ediblər.  Dominos pizza

Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant A.Əliyev Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq prinsipi əsasında hərbi sahədə də qurulan əlaqələrin bu gün yüksələn xətlə davam etdiyini bildirib. 

General-leytenant A.O.Yurdagül də öz növbəsində səmimi münasibət və göstərilən diqqətə görə minnətdarlığını bildirib və keçirilən qarşılıqlı görüşlərin hər iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyini qeyd edib. 

Görüş əsnasında əməkdaşlıq çərçivəsində hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətinə toxunulub. 

Azərbaycan və Türkiyə arasındakı hərbi əlaqələrin perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr və fikir mübadiləsi aparılıb.

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!