Azərbaycan uğrunda rəqabət –   Moskva yoxsa Vaşinqton?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan uğrunda rəqabət – Moskva yoxsa Vaşinqton?

Siyasət

30 May 2019 08:51 1414


“ABŞ-Azərbaycan əlaqələri  regionun təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin təhlükəsizlik və beynəlxalq terrorizmə qarşı mübarizədə dərin əməkdaşlığı mövcuddur”.

Bunu politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a ABŞ prezidenti Donald Trampın bir həftədə Azərbaycana iki məktub yazmasından danışarkən deyib. O bildirib ki, hər iki ölkə Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində birgə səylərini əsirgəmirlər:

“Bu konkteksdə götürdükdə Bakı və Vaşinqtonun bundan sonra da geniş əməkdaşlıq imkanları var. Məhz Trampın iki məktubunda ölkəmizin beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulaması ölkəmizin artıq dünya birliyində roluna işarə edir. Hesab edirəm ki, Vaşinqton artıq ölkəmizlə əməkdaşlığın inkişafında yeni mərhələyə keçir”. Toyuqlu pizza

M.Əsədullazadənin sözlərinə görə, Rusiya ABŞ-Azərbaycan əlaqələrini qısqanclıqla qarşılayır:

“İstəməz ki, ABŞ Azərbaycanın maraqlarını müdafiə etsin. Artıq Moskva Trampın məktubuna cavab olaraq XİN müavini Karasinin Rusiya-Azərbaycan əlaqələrini önə çəkməsi və ikitərəfli faydalı əməkdaşlığın inkişaf etməsini qeyd etməsi buna sübutdur. Moskvanın ölkəmizlə ticarət  dövrüyyəsini artırması, bir sıra sahələrdə uğurlu inkişafı qeyd etməsi Azərbaycan uğrunda Moskva və Vaşinqtonun rəqabət aparmasını görürük”.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevə məktub yazıb. Bu, son bir həftədə D.Trampın Azərbaycan Prezidentinə yazdığı ikinci məktubdur. D.Tramp bundan əvvəlki məktubu mayın 24-də ünvanlayıb.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!