Azərbaycan və Ermənistan nazirləri İstanbulda görüşdülər - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan nazirləri İstanbulda görüşdülər - Foto

Siyasət

28 Noyabr 2025 21:11 980


Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İstanbulda keçirilən Zero Waste – “Sıfır Tullantı” Qlobal Forumunda iştirak edib.

"Yeni Sabah" xəbər verir ki, tədbir çərçivəsində o, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla qısa söhbət edib.

Nazirlər arasında hansı mövzuların müzakirə olunduğu açıqlanmayıb. Pepperoni pizza

Bundan əlavə, Papoyan Türkiyə, İran, Moldova və İraqın kənd təsərrüfatı nazirləri ilə də fikir mübadiləsi aparıb.

Forumda ümumilikdə iki onluğa yaxın ölkənin aqrar sahəyə cavabdeh nazir və yüksəkvəzifəli nümayəndələri iştirak edib. Gündəlikdə “Sıfır tullantı” təşəbbüsünün qlobal səviyyədə təşviqi və ekoloji dayanıqlı mexanizmlərin gücləndirilməsi dayanıb./Musavat.com


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!