“Azərbaycan və Ermənistan nümayəndə heyətləri qarşılıqlı səfərlər edəcəklər” - Simonyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan və Ermənistan nümayəndə heyətləri qarşılıqlı səfərlər edəcəklər” - Simonyan

Siyasət

31 Oktyabr 2025 22:39 305


"Azərbaycan nümayəndə heyətləri Ermənistana, Ermənistan nümayəndə heyətləri isə Azərbaycana səfərlər edəcəklər".

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan bəyan edib.

Onun sözlərinə görə, tərəflər arasında müzakirəsi lazım olan hələ də çox ciddi problemlər qalır. Marqarita pizza

"Bununla belə, əlaqələr yenə də davam edəcək və biz bu əlaqələri dərinləşdirəcəyik. Biz dedikdə, mən Azərbaycan tərəfinin də bu siyasətə sadiq olduğunu nəzərdə tuturam", - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!