Azərbaycan və Gürcüstan arasında birgə layihələrin perspektivləri müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Gürcüstan arasında birgə layihələrin perspektivləri müzakirə edildi

İqtisadiyyat

21 Noyabr 2024 01:45 1423


Azərbaycanla Gürcüstan arasında birgə layihələrin regionumuz üçün iqtisadi əhəmiyyəti, tərəfdaşlığın şaxələndirilməsinin ölkələrimiz üçün perspektivləri müzakirə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin birinci müavini, İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirib. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikası qeyd edilib, ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə qarşılıqlı faydalı imkanların reallaşdırılması üçün potensial diqqətə çatdırılıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!