Azərbaycan və Niderland XİN rəhbərləri görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Niderland XİN rəhbərləri görüşdü

Siyasət

04 Dekabr 2025 17:29 516


Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurası iclası çərçivəsində Niderlandın XİN rəhbəri David Van Veel ilə görüş keçirib.

"Yeni sabah" xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb. Bu format çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq tədbirlərdə qarşılıqlı təmaslar və yüksək səviyyəli səfərlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!