Azərbaycan və Özbəkistan birgə hərbi təlimi başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Özbəkistan birgə hərbi təlimi başa çatdı

Maraqlı

01 Avqust 2023 11:31 1654


Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib. pizza

Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib. Bildirilib ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “UZAZ-2023” təlimi "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!