Dekabrın 25-də Azərbaycanın Baş naziri Əli Əsədov və Qazaxıstanın Baş naziri Oljas Bektenov “Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər.
Bu barədə “Yeni Sabah”a Nazirlər Kabinetindən bildirilib.
Telefon danışığı zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib. pizza hut
Hökumət başçıları bir-birilərinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.
Telegram kanalımız