Azərbaycan və Slovakiya müdafiə nazirləri görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Slovakiya müdafiə nazirləri görüşdü

Siyasət

07 Noyabr 2025 18:01 280


Noyabrın 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak ilə görüşüb.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə naziri slovakiyalı qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.  pizza sifarişi

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab R.Kalinak Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümü münasibətilə həmkarını təbrik edib. Hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və yeni perspektivlərini müzakirə edib, müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!