“Azərbaycan vurub dağıtmalıdır” -   Deputatdan Əsgərandakı tikintiyə reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan vurub dağıtmalıdır” - Deputatdan Əsgərandakı tikintiyə reaksiya

Rəsmi

31 Avqust 2019 12:23 1286


“Ermənilər Əsgəranda çoxmərtəbəli bina tikirsə, Azərbaycan tərəfi həmin tikilini vurub dağıtmalıdır”. 

Bu sözləri "Yeni Sabah"a millət vəkili Aqil Abbas Azərbaycanın işğal altında olan Əsgəran şəhərində erməni separatçılarının çoxmərtəbəli bina tikməsinə münasibət bildirərkən deyib. 

“Azərbaycanda kimsə gedib bir yerdə ayaqyolu tikəndə vurub dağıtmırlar? Bunu da vurub dağıtmalıdırlar. Başqa yolu yoxdur", - deyə millət vəkili əlavə edib.  pizza mizza

Bildirək ki, separatçı erməni rejimi Azərbaycanın 28-ci ildir ki,   işğal altında qalan Əsgəran şəhərində çoxmənzilli binalar tikməyə başlayıb.

Erməni nəşrlərin yaydığı məlumata görə, artıq Əsgəranda 3 çoxmənzilli binanın bünövrələri qazılıb və tikinti işlərinə start verilib.

1991-ci ildən separatçı ermənilərin tam nəzarətinə keçmiş Əsgəran şəhəri Bərdə rayon mərkəzindən cəmi 60 km, işğal altındakı Ağdam rayon mərkəzindən isə 13-14 km məsafədə yerləşir. Şəhər XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası ilə məşhurdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!