“Azərbaycan xalqının bu finala layiq olmadığını söyləmək...” - UEFA prezidenti

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan xalqının bu finala layiq olmadığını söyləmək...” - UEFA prezidenti

İdman

04 Dekabr 2019 07:40 1018


UEFA prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə bağlı açıqlama verib.

"Yeni Sabah" "Mirror" nəşrinə istinadən xəbər verir ki, sloveniyalı rəsmi bu qərar haqqında müsbət düşündüyünü söyləyib, müdafiə edib və ingilislərin buna etiraz etməkdə haqsız olduqlarını bildirib:

"Sizə bir şey deyim. Finalda iki Azərbaycan komandası oynasaydı və matçın Londonda keçiriləcəyini söyləsəydik, heç kim şikayət etməzdi. İngiltərə Premyer Liqa klublarından birinin prezidenti mənə dedi ki, ingilis azarkeşlər ən ucuz bilet və ən bahalı oyunçular istəyir. Heç kim finalın İngiltərədə təşkil olunmasını tələb edə bilməzdi. İki ingilis komandasının həlledici matça vəsiqə qazanacağını kim bilirdi?  Finaldan bir ay əvvəl iki ingilis komandasının həlledici görüşdə qarşılaşacağını bildik. Yeri dəyişmək mümkün deyil. İnanın ki, il yarım əvvəldən hazırlıqlar başlayır. Həm də Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi. Uzaq olduqları üçün bu finalı izləməyə layiq olmadıqlarını düşünmək ayrıseçkilik olar. Məgər, dünyanın mərkəzi İngiltərədir? Azərbaycan xalqının bu finala layiq olmadığını söyləmək ayrı-seçkilikdir". Marqarita pizza

Qeyd edək, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən finalda "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib. İngilislərdən bəziləri bu matçın Azərbaycanda keçirilməsinə qarşı idi. Buna da səbəb "Arsenal"ın futbolçusu erməni əsilli Henrix Mxitariyanın Bakıya gətirilməməsi idi. Azərbaycan tərəfi yarımmüdafiəçinin Bakıya gətiriləcəyi halda təhlükəsizliyini təmin edəcəyini söz versə də, Mxitariyan siyasi amilləri əsas tutaraq, Bakıya gəlməkdən imtina etmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!