Azərbaycana 15 kq-a yaxın tiryək gətirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana 15 kq-a yaxın tiryək gətirmək istədi

Kriminal

16 Aprel 2019 15:15 915


Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, daxil olan məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Salyan rayon sakini Niyaməddin Sadıqov polislər tərəfindən saxlanılıb. Onun əlində olan torbanın içindəki 5 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 14 kiloqram 685 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə edib. N.Sadıqov ifadəsində tiryəki satmaq niyyəti ilə həmin şəxsdən aldığını bildirib. pizza mizza

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!