Azərbaycana gələn əcnəbilərin sayı artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gələn əcnəbilərin sayı artıb

Sosial

28 Fevral 2019 22:14 846


2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

Dövlət Turizm Agentliyindən “Yeni Sabah”a verilən məlumata görə, əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır - bu regionlardan müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.

Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvar ayında bu ölkələrin hər birindən 2000-dən çox xarici vətəndaş gəlib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!