2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 251 milyon 717 min dollar dəyərində 904 min 782 ədəd smartfon idxal edilib.
yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-cü ilin ilk 8 ayı ərzində ölkəyə 206 milyon 190 min dollar dəyərində 803 min 927 ədəd smartfon gətirilib. Toyuqlu pizza
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 472 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 436 manat idi.
Azərbaycana smartfon əsasən Çindən (702 814 ədəd), Vyetnamdan (142 934 ədəd), Hindistandan (55 301 ədəd) və ABŞ-dən ( 2636 ədəd ) gətirilib.
Telegram kanalımız