Azərbaycana məxsus sürət qatarı Tiflisdə GÖRÜNDÜ - Nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana məxsus sürət qatarı Tiflisdə GÖRÜNDÜ - Nə baş verir?

Hadisə

09 Aprel 2025 12:48 327


May ayından etibarən Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.

Yenisabah.az xəbər verir ki, bu məlumatın yayılmasına səbəb "Azərbaycan Dəmir Yolları"na aid sürət qatarının Tiflisidə görünməsi olub.

Dördpendirli pizza

İddia olunub ki, mayın 1-dən Bakı-Tbilisi-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədi ilə Tiflisə göndərilib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.z-a açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.

"Yayılan məlumatın heç bir əsası yoxdur. Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır", - deyə B.Hacıyev bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!