“Azərbaycana sahib çıxmasaq, kim sahib çıxacaq?” - Mövlud Çavuşoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycana sahib çıxmasaq, kim sahib çıxacaq?” - Mövlud Çavuşoğlu

Siyasət

10 Fevral 2019 21:09 1308


“Qardaş Azərbaycana sahib çıxmasaq, işğal edilmiş torpaqlarının azad edilməsi üçün çalışmasaq, Azərbaycana kim sahib çıxacaq?”

“Yeni Sabah” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antaliyada bələdiyyə seçkilərinə namizədlərlə görüşündə deyib. O, bildirib ki, bu gün bir olmaq zamanıdır. Çünki içəridə xəyanət şəbəkəsi mövcuddur: “Bu gün Avropada Türk-islam əleyhinə aparılan işlərə qarşı necə mücadilə edə bilərik? Bizi 100 ildir gözləyənlərin ümidini boşa çıxarmamaq üçün nə etməyimiz lazımdır? Biz əcdadlarımızla qürur duyuruq. Amma zillət ittifaqı içində olanlar əcdadlarımızı inkar edir. Dünyanın hər yerində əcdadlarımızın buraxdığı əsərlər var. Bunlara sahib çıxmaq bizim borcumuzdur. 

Azərbaycana, Orta Asiyada türk birliyinə sahib çıxıb birləşdirməsək, kim birləşdirəcək?”.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!