Azərbaycanda 19 yaşlı NİŞANLI QIZ ÖLDÜ - SAKİNLƏR YOLU BAĞLADI -VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 19 yaşlı NİŞANLI QIZ ÖLDÜ - SAKİNLƏR YOLU BAĞLADI -VİDEO

Hadisə

21 İyun 2025 15:20 704


Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az musavat.com-a istinadən xəbər verir ki, dünən günorta saatlarında "KamAZ" markalı yük maşını yolu keçən 19 yaşlı qızı vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib. Şahidlərin bildirdiyinə görə qəsəbə sakini olan qız nişanlı imiş. Toyuqlu pizza

Bundan sonra bir qrup qəsəbə sakini etiraz olaraq yolu bağlayıblar. Sakinlər bildirib ki, hadisə baş verən ərazidə son bir ayda piyada ölümü ilə nəticələnən üçüncü qəzadır baş verir.

Narazı sakinlər qeyd ediblər ki, ərazidə piyada nişanı olsa da asfalta piyada zolağı çəkilməyib. Nişana diqqət etməyən sürücülər yüksək sürətlə hərəkət edir və qəzalar baş verir.

Ərazidə işıqforun və işıqlandırmanın olmaması da sakinləri narahat edən məsələdir. Sakinlər bildirir ki, axşam saatlarında yolu keçmək daha təhlükəli olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!