Azərbaycanda 2.2 milyon seçici “yoxa çıxıb”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 2.2 milyon seçici “yoxa çıxıb”

Siyasət

31 May 2019 10:59 1482


Mərkəzi Seçki Komissiyasının son hesablamasına görə, Azərbaycanda 5 milyon 212 min 902 nəfər seçici var.

“Yeni Sabah” xəbər verir ki, bu haqda açıqlama verən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, bu il Azərbaycanda rəsmi olaraq əhalinin sayının 10 milyona çatdığı elan olunub.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə isə 18 yaşı tamam olmuş vətəndaşlarımızın sayı 7 mln. 450 mindən çoxdur: “18 yaşı tamam olmuş hər bir vətəndaş seçmək hüququna malikdir.  Dördpendirli pizza

Buradan belə nəticə çıxır ki, 2 mln. 238 min Azərbaycan seçicisinin adı seçici siyahılarına daxil edilməyib. Bu, seçicilərin ümumi sayının 30 faizindən çoxdur. 

MSK-dan və Dövlət Statistika Komitəsindən bu məsələyə aydınlıq gətirməsini tələb edirəm. 

Seçici siyahılarının bu vəziyyətdə olması hakimiyyətin seçki adına bir məzhəkə təşkil etməyə hazırlaşdığını göstərir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!