Azərbaycanda 329 nəfər COVID-19-dan sağalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 329 nəfər COVID-19-dan sağalıb

Sağlamlıq

05 Fevral 2021 17:41 795


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 760 nəfər müalicə olunaraq sağalıb, 3 153 nəfər vəfat edib, aktiv xəstə sayı 2 994 nəfərdir. pizza mizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 133, ötən müddət ərzində isə ümumilikdə 2 439 718 test aparılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!