Azərbaycanda 75 milyon manat səmərəsiz xərc aşkarlandı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 75 milyon manat səmərəsiz xərc aşkarlandı 

İqtisadiyyat

28 Aprel 2020 14:48 1092


Hesablama Palatası 2019-cu il üzrə hesabatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib. 

Yenisabah.az-ın məlumatına görə Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir.

“Hesabat ilində səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatları da icmallaşdırmışıq. Bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirmişik.  pizza mizza

İl ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək alış və xidmətlərin həyata keçirilməməsi, dövlət vəsaitlərinin istifadəsi zamanı dövlət alışları zamanı dövlət vəsaiti hesabına bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması və qismən nail olunması və s. aiddir”, -deyə o bildirib.

Vüqar Gülməmmədov həmçinin əlavə edib ki, hesabat ilində 5 auditin nəticəsi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib. Onun sözlərinə görə, prokurorluğa göndərilmiş işlər arasında dövlət satınalmaları ilə bağlı qanun pozuntuları çoxluq təşkil edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!