Azərbaycanda ağır qəza: xeyli yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır qəza: xeyli yaralı var

Kriminal

10 Noyabr 2019 16:53 1334


Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “Hyundai” markalı avtomobillə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanlardan beşinin şəxsiyyəti müəyyənləşdirilib. Dördpendirli pizza

Onlar - Məmmədov Hüseyn Nizami oğlu (1990), Məmmədova İlhamə Nizami qızı (1983), Məmmədova Svetlana Yadulla qızı (1957), Əliyev Elnur Nəriman oğlu (1988) və Əliyeva Tamam Məmməd qızıdır (1960).

Yol-nəqliyyat hadisəsində xəsarət alanların üçü bir ailənin üzvüdür.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!