Azərbaycanda aliment ödəyən qadınların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda aliment ödəyən qadınların sayı açıqlandı

Sosial

29 Dekabr 2025 15:22 662


Azərbaycanda aliment ödəyən şəxslərin sayı məlum olub.

Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda icra qurumlarının icraatında 130 mindən çox aliment işi mövcuddur.

Məlumata görə, aliment ödəyən şəxslər arasında qadınlar da var. Toyuqlu pizza

“Aliment ödəyənlərdən 2700 nəfərə yaxını qadındır”, - nazirlikdən bildirilib.

Aliment ödəməkdən imtina etdiyinə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərlə bağlı statistikaya gəlincə, Ədliyyə Nazirliyindən qeyd olunub ki, bu göstəricilər rüblük əsasda formalaşdırılır:

“2025-ci il üzrə yekun məlumatların isə 2026-cı ilin əvvəlində təqdim olunması nəzərdə tutulur”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!