Azərbaycanda ana və qızı ÖLDÜRÜLDÜ: 15 yaşlı yeniyetmə SAXLANILDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ana və qızı ÖLDÜRÜLDÜ: 15 yaşlı yeniyetmə SAXLANILDI

Kriminal

25 İyul 2025 10:09 1008


Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə “Yeni Sabah”a Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edilir ki, iyulun 25-də saat 2 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüdlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Dominos pizza

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!